Kateqoriyasız

“Şəmkir” klubu yenidən formalaşır

Təşkilati-hüquqi forması dəyişdirilmiş “Şəmkir” Futbol Klubunun rayon ictimaiyyəti üçün təqdimatı keçirilib.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, bu məqsədlə təşkil olunan tədbirdə AFFA, Şəmkir rayon Gənclər və İdman İdarəsi və şəhər Bələdiyyəsi arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov klubun yenidən formalaşdırılmasına töhvə vermiş hər kəsə təşəkkürünü bildirib, “Şəmkir”in şanlı tarixini bərpa edəcəyinə əminliyini vurğulayıb.

Şəmkirdə yaşayan müəssisə rəhbərləri, sahibkar, ziyallılar da klubun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Klub prezidenti Fərid Hüseynov “Şəmkir” klubunda böyük işlər getdiyini, klubun gələcəkdə Azərbaycan Premyer Liqasında mübarizə aparması üçün əllərində gələni edəcəklərini deyib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43