Türkiyənin “Altay” klubunun oyunçusu Efe Sarıkaya karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Sevilya” 17 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. İzmir klubunundan da gənc oyunçuya təkliflər olduğu təsdiqlənib.
Efe Türkiyə U-18 millisinin üzvüdür. O, cari mövsüm komandası ilə 27 oyun keçirib.

