Dünya futbolu

“Sevilya”nın hücumçusu “Monako”da – 40 milyon avroya

“Monako” “Sevilya”nın hücumçusu Vissam Ben Yedderi transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, knyazlıq təmsilçisi 29 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Fransa klubu Ben Yedder üçün “Sevilya”ya 40 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, La Liqa klubunda 130 rəsmi oyuna çıxan hücumçu, 70 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43