Kateqoriyasız

“Simurq” azarkeşləri üzr tələb edirlər: “Vobay bütün stadionlarda lənətlənəcək”

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Simurq” – “Neftçi” matçında (0:1) Vobayın tərbiyəsiz jestindən sonra düşmüş qalmaqaldan xəbərdarsız.

Paytaxt klubunun futbolçusunun bu hərəkəti zaqatalalı azarkeşlərin qəzəbinə səbəb olub. 

“Simurq” azarkeşlərin rəhbəri İnqilab Sultanov İdmanxeber.com-a hadisə ilə bağlı bunları dedi:

“Oyun başa çatandan sonra Vobay qələbə sevincini şortikini aşaği salaraq Zaqatala azərkeşləri tərəfə çevrilərək qeyd etdi. Stadionda olan 4 minə yaxın azarkeşi təhqir etdi. Bu vaxt ara qarışdı və azarkeşlər meydana tökülmək istədilər. Yaxşı ki, polislər müdaxilə etdi. Sonra “Neftçi” rəhbərliyi də bu işə qarışdı. Biz “Neftçi”nin maşınını mühasirəyə almışdıq. Bundan sonra “Neftçi” rəhbərliyi ilə görüşdüm, iradlarımı bildirdim. Onlar söz verdilər ki, Vobayı cəzalandıracaqlar.

Vobay Azərbaycan xalqini təhqir edib. Biz “Simurq” azarkeşləri futbolçunun etdiyi bu hərəkətə görə bütün Zaqatala əhalisindən üzr istəməyini tələb edirik
Əks halda Vobayı gələcəkdə pis günlər gözləyir. Lənkəran, Qəbələ, Qarabağ azarkeşləri arxamızdadı. Qarşıdan gələn oyunlarda Vobay bütün stadionlarda lənətlənəcək. Vobay Azərbaycanı tərk etməlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43