Kateqoriyasız

Qurban Qurbanovun jesti! (Azarkeş yazısı)

Azərbaycan Premyer Liqasının son turunda çətin günlərini yaşayan “Bakı” lider “Qarabağ”ı qəbul etdi. Oyundan bir gün öncə maaşlarını ala bilməyən “Bakı” oyunçuların məşqi boykot etməsi rezonans doğurdusa, oyundan bir neçə saat öncə oyunçuların oyuna çıxmayacaqlarını bildirməsi artıq biabırçılıq idi. Yaxşı ki, oyunçular məşqçi heyətin təkidindən sonra qərarlarını dəyişdilər.

Heç şübhəsiz ki, Qurban Qurbanovun bütün bu olanlardan xəbəri var idi. Oyunboyu “Qarabağ”ın həvəssiz oyunu, ya da ən real vəziyyətlərdə qol vurmağa tələsməməsi və ən nəhayət müdafiədəki o kobud səhv və penalti. Matça baxanlar arasında hətta oyun alverindən söhbət açanlar belə oldu. Ama bu ləkə nə Qurban Qurbanova, nə də onun komandasına yapışmaz. Mən isə düşünürəm ki, Qurbanov alicənab adamdır. Bəlkə də oyunçulara yumşaq oynamağı məsləhət görüb. Bakının gənc oyunçularına “Pul boş şeydir, karyeranızı düşünün!” mesajını vermək məqsədilə onlara bu cür jest edərək stimul verib. 

Hər halda bu bəlkələr gerçəyə çox bənzəyir. Çünki biz Qurbanovu tanıyırıq və Azərbaycan futbolu üçün necə çalışdığını bilirik.

Qazax Nağı (“Qarabağ” azarkeşi)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43