Kateqoriyasız

“Sivasspor”un prezidenti iştahlıdı: “Qarabağ”a ikinci oyunda da qalib gəlib..”

“Sivasspor”un prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la matçdan (2:0) sonra fikirlərini bildirib.

O, yerli jurnalistlərə açıqlamasında söyləyib:

“Əvvəlki matçlarda daha yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik. Çempionlar Liqasında “Mançester Yunayted”ə qalib gələn “Başakşəhər”i də təbrik edirəm. Onların qələbəsi bizə motivasiya verdi. “Qarabağ”a qarşı növbəti matçda da qalib gəldikdən sonra İsrailin paytaxtı Tel-Əvivdə “Makkabi” üstələyib qrupdan çıxmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43