İdman

Şöhrət ordenli əməkdar məşqçimiz ölüm ayağında – ÖZƏL

Sərbəst güləş üzrə Olimpiya çempionumuz Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov ölüm ayağındadı.

İdmanxeber.com-un məlumatına görə, şöhrət ordenli mütəxəssis bir müddət əvvəl ürəyindən əməliyyat olunsa da, hazırda koma vəziyyətindədi. 68 yaşlı əməkdar məşqçinin vəziyyəti ağır olduğundan hazırda Bakıya aparılır.

Qeyd edək ki, 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə Əməkdar Məşqçi adlarına layiq görülən Elçin Zeynalov Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 25 dekabr tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif olunmuşdur. Ölkə başçısının 2012-ci il 31 avqust tarixli Sərəncamı ilə Azərbaycanda güləş idman növünün inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülmüşdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43