Dünya futbolu

Şota Arveladzenin yeni komandası müəyyənləşdi

Gürcüstanlı baş məşqçi Şota Arveladzenin yeni komandasının adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis Özbəkistanın “Paxtakor” klubuna rəhbərlik edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Arveladze ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Arveladzenin son iş yeri İsrailin “Makkabi” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43