05 İyun 2026
Ölkə futbolu

“Spartak” “Neftçi” üçün Bakıya gələcək

Rusiyanın “Spartak” klubunun rəsmisi Oleq Maleşin “Neftçi” ilə Bakıda yoxlama oyunu keçirilməsinin nəzərdə tutulduğunu təsdiqləyib.

İdmanxeber.az-ın məlumatına görə, Moskva təmsilçisinin icraçı direktoru “Sport-Express”ə açıqlamasında bu barədə deyib:

“Neftçi” ilə münasibətlərimiz çox yaxşıdır. Oyunun tarixi hələ bəlli deyil, bilinən kimi məlumat verəcəyik. Hazırda komandanın ili uğurla başa vurması və yeni ilə yaxşı hazırlaşması bizim üçün əsas məsələdir”.

Qeyd edək ki, iyulun əvvəlində komandalar Moskvada yoldaşlıq oyunu keçirib. Sözgedən matçda “Neftçi” “Spartak”a 0:2 hesabı ilə uduzub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43