28 İyun 2026
Dünya futbolu

“Sportinq” “Qarabağ”la oyun öncəsi azarkeşlərinə xəbərdarlıq etdi

Avroliqanın qrup mərhələsinin oyunları start götürür.

Bu gün UEFA Avroliqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq olan “Sportinq” komandası azarkeşlərinə stadiona partlayıcı maddə və səs bombası gətirməmələri üçün xəbərdarlıq edib.

Qeyd edək ki, ötən mövsüm Avropa Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə cavab oyununda (1:0) “Sportinq” azarkeşlərinin meydana atdığı əşyalardan biri hakimə dəymişdi. Hadisəni araşdıran UEFA Portuqaliya klubuna cəza vermişdi. Bu səbəbdən “Qarabağ”la bu gün keçiriləcək qarşılaşmada “Joze Alvalade” stadionunda 3 min nəfərlik yer boş qalacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43