Dünyadan

Stadionda TERROR: 29 nəfər öldü

İraqın paytaxtı Bağdadın cənubundakı bir stadionda terror hadisəsi baş verib.

İdmanxeber.com-un məlumatına görə, “Əl-Asariya” stadionunda baş verən terror aktı Bakı vaxtı ilə saat 20:00-a təsadüf edir.

hadisə kamikadze tərəfindən törədilib. Partlayış nəticəsində ən azı 29 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilir.

Hadisəni İŞİD terror qruplaşması öz üzərinə götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43