Ölkə futbolu

“Sübut etdik ki, bu komandanın böyük bacarığı var” – Filip İvanoviç

Azərbaycan Premyer Liqasının XXIIII turu çərçivəsində “Səbail” üzərində qələbə (3:1) “Sabah”ın müdafiəçisi Filip İvanoviç üçün ikiqat sevindirici olub.

Bu oyunda hesabı bərabərləşdirən serbiyalı futbolçu, həm də Premyer Liqada ilk qolunu vurub.

Filip klub saytına açıqlamasında “Səbail”lə oyun barədə fikirlərini bölüşüb:

“Çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik ki, bu komandanın böyük bacarığı var. Bu qələbəni klub rəhbərliyinə, məşqçi heyətinə həsr etmək istərdik. Çünki bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin, bizi daim dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43