Ölkə futbolu

“Sumqayıt” gürcülərə 2 matçda 10 qol vurdu

Zaqatalada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirmək üçün Gürcüstana yola düşüb. 

İdmanxeber.com-un məlumatına görə, dünən qonşu ölkə təmsilçisi “Hereti Laqodexi” klubunu 6:0 hesabı ilə üstələyən Rövşən Babayevin komandası bir gün sonra adıçəkilən klubla daha bir yoxlama oyunu keçirib.


“Sumqayıt” bu dəfə də rəqibindən üstün olub 4:0. Bu qarşılaşmada komandamızdan qolları Emil Həsənzadə (2), Xanlar Teymurov və Sahib Cümşüdov vurub.

Bu qarşılaşmadan sonra əvəzedicilər Gürcüstandan ayrılaraq təlim-məşq toplanışını davam etdirmək üçün Zaqatalaya yola düşüb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43