05 İyul 2026
Kateqoriyasız

“Sumqayıt” təkzib etmədi: “Ağabala Ramazanovu istəyirik”

“Sumqayıt”ın “Xəzər Lənkəran”dan Ağabala Ramazanovu transfer edəcəyi ilə bağlı yayılan xəbərə klubdan cavab gəlib.

“Gənclik şəhəri”nin təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov idmanxeber.com-a bildirib ki, Ramazanovun transferi gündəmdədi, ancaq mövsümün bitməsini gözləyirlər:

“Transfer məsələlərinə ümumiyyətlə tam şəkildə başlamamışıq. Mövsüm bitəndən sonra nu haqda danışmaq olacaq.  Amma ümumi olaraq məşqçinin göstərişi ilə bəzi futbolçulardan ibarət siyahı hazırlamışıq. Deyə bilərəm ki, bu futbolçu da həmin siyahıdadır. Amma real nə danışıq, nə də müqavilə olmayıb. İnşallah mövsüm bitəndən sonra bilinəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43