Ölkə futbolu

Tarixi derbinin biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək "Neftçi” – "Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri 8-ci km qəsəbə stadionunun kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündü. "N-KART” sahiblərinin bilet almalarına ehtiyac yoxdu, onlar oyun günü kartlarını təqdim etməklə, stadiona daxil ola bilərlər.

Qeyd edək ki, avqustun 25-də 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 20:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43