Ölkə futbolu

“Toplanışı üç qələbə ilə yekunlaşdırmaq istəyirik” – “Kəpəz”in futbolçusu

Antalyada hazırlığa davam etdirən “Kəpəz” dünən keçirilən ilk yoxlama görüşündə Macarıstanın “MTK Budapeşt”  klubuna 1:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından komandanın futbolçuları – Fərid Nəbiyev və İdris İnqilablı klubun mətbuat xidmətinə açıqlama veriblər.

Fərid Nəbiyev: “Maraqlı və ağır oyun oldu. Belə məşqlərədn sonra bizim üçün yaxşı sınaq idi. Çoxlu qol imkanlarımız oldu. Birini dəyərləndirsək də, digərlərindən istifadə edə bilmədik. Əsas odur ki, bu imkanları yarada bilirik. Getdikcə daha yaxşı komanda olacağımız görünür. Çempionata tam hazır olmağa çalışırıq”.

İdris İnqilablı: “Çox yaxşı oyun keçdi. İlk yoxlama görüşündə komandada yorğunluq var idi. Yenə də qələbə qazana bildik. Yoxlama oyunlarının əhəmiyyəti çoxdu. Ümid edirəm ki, çempionatda da bunun ardını gətirərik. Hələ qarşıda iki yoxlama matçımız var. Toplanışı üç qələbə ilə yekunlaşdırmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43