“Tour d`Azerbaijan-2016”da IV mərhələyə start verilib.
İdmanxeber.com-un məlumatına görə, kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan yarışda iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürüblər. Yarış iştirakçıları 115,3 km məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

