Kateqoriyasız

“Traktor” iki azərbaycanlı futbolçu transfer edir? – Mustafa Dənizli açıqladı

Təbrizin “Traktor” klubu heyətinə iki azərbaycanlı futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Traktor”un baş məşqçisi Mustafa Dənizli açıqlamasında bildirib.

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi bunları deyib:

“Türkiyədən bir neçə oyunçu ilə maraqlanırıq. Eyni zamanda Azərbaycandan və İrandan iki futbolçu maraq dairəmizdədir. Onlarla danışıq aparmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43