06 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” Budaq Nəsirovla müqavilə imzaladı

“Turan Tovuz” komandası yetirməsi olan Budaq Nəsirovu transfer edib.

İdmanxeber.az-ın məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik rəsmi müqavilə bağlanıb

Təcrübəli oyunçu “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz” və Portuqaliya “Sportinq”ində çıxış edib. O, Azərbaycanın aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, əsas millinin də formasını geyinib.

Qeyd edək ki, Budaq Nəsirov 2019-cu ildən klubsuz idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43