07 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” iki futbolçusu ilə müqavilə yenilədi

“Turan Tovuz” iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumata görə, müdafiəçilər Tərlan Quliyev və Sadiq Quliyev ilə 1 illik yeni sözləşmə imzalanıb.

Oyunçular 2023/2024 mövsümünün sonunadək əyalət təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, hər iki futbolçu “Turan Tovuz”a ötən ilin yayında keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43