“Kəpəz”in futbolçusu Yeqor Xvalkonun idmanxeber.az saytına müsahibəsi
“Turan Tovuz”a qarşı məğlub oldunuz. Səncə, səbəblər nə idi?
-Buraxılan qollarda fərdi səhvlərə yol verdik. Bu səbəbdən də uduzduq. Belə görüşlərdə səhvlərə yol vermək olmaz. Amma matçın əvvəlində iki yaxşı şans qazanmışdıq. Onları qola çevirə bilmədiyimiz üçün çətinlik yaşadıq. Əgər imkanlardan istifadə edə bilsəydik, matçın gedişatı başqa cür olardı. Ümumən pis təsir bağışlamadıq. Bu mövsüm oynadığımız üç görüşün ən yaxşısı idi. Artıq bu matçı unutmalıyıq.
-İlk turda “Neftçi”ni məğlub etsəniz də, ardıcıl iki məğlubiyyət aldınız. “Neftçi” qələbəsinin təsadüf olduğunu demək olar?
Yox, təbii ki. “Neftçi” ilə görüşə baxsanız, topla az oynasaq da, yaxşı mübarizə apardıq. Daha çox şans yaratdıq və bundan istifadə etdik. Hər şey çox yaxşı idi.
-Hazırkı heyətlə Premyer Liqada nəyə ümid etmək olar?
Bütün gücümüzlə mübarizə aparmalıyıq. Oyunçular olaraq meydanda xarakter göstərməliyik. Düşünmürəm ki, bütün komandalar bizdən güclüdür. Ancaq “Neftçi” ilə “Zirə” oyununda yaxşı kollektiv olduğumuzu göstərdik. Yenə də mövsüm bizim üçün asan keçməyəcək.
-Qarşıda sizi “Qarabağ”la oyun gözləyir. Xal qazanmağa ümid var?
Əlbəttə ki, çətin olacaq. Özümüzə inanmağımız lazımdır.
-Üç oyuna cəmi bir qol vurmusunuz. Hücum xəttində problem var sanki…
Hücumda yaxşı oyunçularımız var. Razıyam ki, bizdə hardasa nəsə çatışmır. Ancaq çatışmazlıq təkcə hücumda deyil, ümumiyyətlə komandadadır. Düzdür, bu mənim məsələm deyil. Hansı mövqenin güclənməsinə qərar verəcək məşqçilər heyətidir.
-“Kəpəz”dəki şərait hamıya bəllidir. Ancaq sizə ən çox təsir edən məqam hansıdır?
Şəraitdən danışmayaq, artıq bu haqda açıqlama vermişəm. Komandaya gələndə hamı bilirdi ki, burada hansı şərait var. Ona görə də insanlar şikayət edəndə başa düşmürəm.
Həsən Quluzadə

