Millimizin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Avstriya yığması yoldaşlıq görüşü keçirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda Moldova ilə görüşdə sınayıb. Linzdə baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.
“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldovanın heyətində 90 dəqiqə mübarizə aparıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə ehtiyatda qalıb.
Qeyd edək ki, Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 12-də İsveçin qonağı olacaq.

