Türkiyənin “Trabzonspor” klubu “Tottenhem”də çıxış edən Emanuel Adebayorla rəsmən danışıqlara başlayıb.
Bu barədə yerli mətbuata açıqlamasında klub prezidenti İbrahim Hacıosmanoğlu məlumat verib.
“Adebayorla danışıqlara başlamışıq. Artıq kluba rəsmi təklif göndərmişik. Bu transfer sırf baş məşqçimizin istəyidir”.
Yayılan bəzi məlumatlara görə, Trabzon təmsilçisi qarşı tərəfə 4 milyon avro təklif edib.