Dünya futbolu

Türkiyə klubunun məşqçisi vəfat etdi – digəri axtarılır

Türkiyə II liqasında çıxış edən “İsgəndərunspor”un məşqçisi İbrahim Halil Ölmez həyatını itirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kahranmaraş və ətrafında baş verən zəlzələdə dağıntılar altında qalan İbrahim Halil xəstənaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Klub rəhbəri Hakan Bolat qapıçı məşqçisi Uğur Kurt və U-19 komandasının futbolçusu Burak Duraltının hələ də dağıntılar altında qaldığını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43