05 İyun 2026
Dünya futbolu

Türkiyə millisinin hücumçusu yenidən Super Liqada

Türkiyə millisinin hücumçusu Serdar Dursun karyerasını Super Liqada davam etdirəcək.

İdmanxeber.az məlumatına görə, 33 yaşlı forvard “Kocaelispor”la müqavilə imzalayıb. Bu barədə İzmit klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Təcrübəli futbolçu mövsümün sonuna qədər “Kocaelispor”un heyətində çıxış edəcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43