Kateqoriyasız

Türkiyə klubu Leroy Corcu razı sala bilmir: danışıqlar davam edir

“Qarabağ”ın hollandiyalı futbolçusu Leroy CorcTürkiyənin “Göztəpə” klubundan aldığı təklifə təkliflə cavab verib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun üzvü onu heyətinə qatmağa çalışan İzmir təmsilçisindən illik 400 min avro tələb edib.

Ancaq bu təklif türkləri qane etməyib. Onlar Leroy Corca 275 min avro təklif ediblər.

Tərəflər arasında danışıqlar hələ yekunlaşmayıb və tam qərar verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43