Kateqoriyasız

Türkiyənin AÇ-2016-dakı rəqibləri bəlli oldu – YENİLƏNİB

Bu gün futbol üzrə 2016-cı ildə Fransada keçiriləcək Avropa Çempionatının püşkatma mərasimi baş tutacaq.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbol azarkeşlərinin böyük maraqla izlədiyi Türkiyə millisinin də rəqibləri bəlli olacaq. Püşkdə 24 komanda iştirak edəcək və yığmalar 6 qrupa bölünəcək.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbir Parisdə baş tutacaq.

A qrupu: Fransa, Albaniya, Rumıniya, İsveçrə

B qrupu: İngiltərə, Uels, Slovakiya, Rusiya

C qrupu: Almaniya, Şimali İrlandiya, Polşa, Ukrayna

D qrupu: İspaniya, Türkiyə, Çexiya, Xorvatiya

E qrupu: Belçika,  İrlandiya, İsveç, İtaliya

F qrupu: Portuqaliya, İslandiya, Macarıstan, Avstriya

Qeyd edək ki, "Avro-2016" gələn il iyunun 10-da start götürəcək və növbəti ayın 10-da başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43