Ölkə futbolu

UEFA “Qarabağ”ı “qaralayıb”: Ağdam klubunun bu təklifini də geri çevirdilər

“Qarabağ” klubu son günlər cəbhə bölgəsində şəhid olan əsgərlərimizə görə UEFA-ya müraciət edərək futbolçularn Çempionlar Liqasının III turunun “Zalsburq”la cavab oyununa qara lentlə çıxmalarını və şəhidlərimizin xatirəsini bir dəqiqləlik sükutla yad  edilməsini istəyib.

İdmanxeber.com “qol.az”a istinadən xəbər verir ki, bu barədə klubun meneceri Asif Əsgərov məlumat verib.

Bu gün UEFA-dan “Qarabağ”a rəsmi cavab gəlib. Rəsmi cavabda bildirilib ki, UEFA “Qarabağ”ın müraciətini anlayışla qarşılayır. Ancaq UEFA bu məsələnin sırf futbolla bağlı olmadığı üçün “Qarabağ”ın müraciətini qəbul etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43