Kateqoriyasız

“Rəvan” üçün 4 rəqib

“Rəvan” yeni mövsümün hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, klubun bazasında və “Bayıl Arena”da məşq edən “aslanlar”ın qarşıdakı yoxlama matçlarının təqvimi də bəllidi.

Belə ki, 4 oyun keçirməyi planlaşdıran “Rəvan”nın rəqibləri müəyyənləşib. Paytaxt klubu özü kimi, 1-ci divizionda mübarizə aparacaq kollektivlərlə qüvvəsini sınayacaq.

İlk rəqib “Qaradağ Lökbatan” olacaq. Sabah “Dalğa Arena”da keçiriləcək matç saat 19:30-da başlayacaq.

“Rəvan” digər komandalarla isə “Bayıl Arena”da üz-üzə gələcək. Belə ki, “aslanlar” avqustun 9-da “Mil Muğan”, 13-də “Neftçala”, 16-da isə “Ağsu” ilə görüşəcək. Sözügedən matçlar saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43