Dünya futbolu

UEFA reytinq cədvəli açıqlandı – Azərbaycan neçəncidir ?

Çempionlar Liqasının qrup mərhələsinin V turunun dünən keçirilən matçlarından sonra yeni UEFA reytinqi açıqlanıb.

“Şaxtyor”un qələbəsi Ukraynanı, “Ayaks”ın qalibiyyəti isə Hollandiyanı irəli salıb. Bu ölkələr müvafiq olaraq, 8-ci və 11-ci yerə yüksəlib.

Azərbaycanın mövqeyi isə dəyişməz qalıb. Aktivində 19,000 xalı olan ölkəmiz siyahıda 26-cıdı.

Siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43