13 İyul 2026
Ölkə futbolu

UEFA reytinqi: “Qarabağ” Azərbaycana növbəti xalları qazandırdı

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki uğurlu çıxışı Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Sloveniyada yerli “Olimpiya” üzərində 2:0 hesablı qələbə qazanmaqla ölkə reytinqinə 0,250 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,375 əmsala bərabərdir.

Reytinqə 89,053 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43