Dünya futbolu

Ukraynalı futbolçu: “Qriqorçuk “Astana”ya qayıdacaq”

Qazaxıstanın “Ordabası” klubunun ukraynalı yarımmüdafiəçisi Kiril Kovalçuk ölkə mətbuatına müsahibə verib. Futbolçu ukraynalı mütəxəssis Roman Qriqorçukun yenidən “Astana”ya qayıdacağını bildirib:

“Bildiyimə görə, Qriqorçuk “Astana”ya qayıdır. Onunla işləmək çox möhtəşəmdir. O, çalışdığım ən yaxşı məşqçilərdəndir. Onun son illərdə qazandığı titullar bunun sübutudur”.

“Qəbələ”dən ayrılaraq “Astana”nın başına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43