25 İyul 2026
Ölkə futbolu

Ukraynalı “Neftçi”dən ayrılır? – Açıqlama

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ukraynalı cinah oyunçusu Andrey Ştoqrinin komandadan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə yerli mətbuata danışıb. O, iddiaların yalan olduğunu bildirib:

“Ştoqrinin 2027-ci ilin yayına qədər müqaviləsi var və bildiyim qədəri ilə heç yerə transfer olunmaq planı yoxdur. O, komandamızda necə görünür? Onun özünün də güclü tərəfləri var. Bu yaxınlarda onu sağ cinah müdafiəçisi kimi oynatdım və o, yaxşı oynadı. Ştoqrin vicdanlı oyunçudur: dediyinizi edir. Əlindən gələni edir və maksimumunu verir. Ona heç bir sualım yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43