Dünyadan

Ulduz futbolçunun “Barselona”dan gedəcəyi rəsmiləşdi

“Barselona”nın ulduz futbolçusu Xavi yeni mövsümdən etibarən Qətərin “Əl Sədd” klubunda çıxış edəcək.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun təcrübəli üzvü “Əl Sədd”lə 3 illik müqavilə imzalayacaq. Bu barədə Xavinin atası İspaniya mətbuatına açıqlamasında deyib. O, bildirib ki, Xavi Qətər klubunda ilinə 10 milyon avro qazanacaq.

Qeyd edək ki, 1998/1999-cu ildən bu yana “Barselona” forması geyinən 35 yaşlı yarımmüdafiəçi bu müddət ərzində Kataloniya klubunda 23 medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43