Kateqoriyasız

UTANCVERİCİ MƏQAM: Klublarımız faciəyə biganə qaldı, BAŞSAĞLIĞI vermədi!

Bakı şəhəri Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğında onlarla insanın həyatını itirməsi əksər Premyer Liqa klublarımız tərəfindən unudulmayıb.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqada mübarizə aparan 9 komandadan 6-sı bu faciə ilə bağlı öz rəsmi səhifələri və saytlarında məlumat yerləşdiriblər. Lakin "Simurq" və AZAL klublarının nə sosial şəbəkələrdəki səhifələrində, nə də rəsmi saytlarında heç bir məlumat, başsağlıqı yerləşdirməyiblər.

Bu iki komandanın bu ağır mənzərəyə biganə qalması isə sössüz ki, diqqətdən qaçmaya bilməzdi.

Qeyd edək ki, son məlumatlara görə, dəhşətli yanğın nəticəsində 14 nəfər ölüb, 50-dən çox yaralı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43