Müsahibə

Vadim Vasilyev: “Ümid verdilər, iş vermədilər” (MÜSAHİBƏ)

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vadim Vasilyevin İdmanxeber.com-a müsahibəsi.

– Vadim bəy, hazırda nə işlə məşğulsuz?

AFFA-nın "Fidan" komandası var., bu klubun baş məşqçisiyəm. 

– Çoxdandı sizdən səs-soraq yoxdu. Futbolçu karyeranızı bitirdikdən sonra sizi hansısa Premyer Liqa və ya Divizion klublarının başında görə bilmədik. Səbəb nədi?

Bilmirəm. Mənə təkliflər olmadı. Ancaq özüm bir neçə klubların qapısını döydüm. "Qarabağ", "İnter" və başqa komandalara müraciət etdim. Ancaq nəticə olmadı. 

– Sizə şərait yaradılmamasının səbəbi nədi?

Açığı özüm də bilmirəm. Hamısı dedi ki, gözlə. Ümid verdilər, iş vermədilər.

– AFFA-nın baş katibi ilə görüşmüsünüzmü?

Bəli, bu yaxınlarda görüşdüm. 2 ay bundan öncə mənə dedi ki, xəbər olsa deyəcəm. Konkret heç nə demədi, yalnız gözləməyi məsləhət gördü.

– Hazırda millidə hücumçu problemi var. Sizcə, bunun səbəbi nədi?

Bəli, mən getdikdən sonra, bir də Qurban Qurbanov karyerasını bitirdikdən sonra millidə yaxşı hücumçu olmadı. Bilirsiz, hüumçu elə mövqedi ki, gərək qol duyumun, mövqe seçimin ola. Ancaq mən bunu indiki hücumçularda görmürəm. Gərək hücumçu özü özünə şərait yarada. 

– Yaxşı hücumçuların yetişməməsinin səbəbini nədə görürsüz?

Məşqçilərdə. Gərək məşqçilər hücumçularla məşğul ola. 

– Hazırda millimizdə hansı hücumçunu bəyənirsiz?

Amil Yunanovun oyunu xoşuma gəlir. Bax, bu futbolçu çoxdan milliyə çağırılmalı idi. Onun oyun stili mənimkinə bənzəyir. Onün qol duyumu, mövqe seçimi yaxşıdı.

Səxavət



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43