Dünya futbolu

“Valensiya”nın yeni baş məşqçisi müəyyənləşdi

“Valensiya” klubunun yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, komandanı növbəti mövsümdən Marselino Qarsiya çalışdıracaq. İspaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanacağı nəzərdə tutulub.

Qeyd edək ki, 51 yaşlı məşqçi “Sevilya”, “Rasinq”, “Saraqoza”, “Sportinq Xixon” komandalarını çalışdırıb. Onun son klubu isə “Vilyareal” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43