Kateqoriyasız

Vaqif Cavadov görün hansı kluba keçir

Millimizin futbolçusu Vaqif Cavadov karyerasını "Boluspor"da davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, "Qaziantep BB" rəhbərliyi futbolçumuzu saxlamaqda maraqlı olmadığından, Cavadov da digər PTT 1-ci liqa təmsilçisinə keçmək üzrədi. 

Futbolçumuz "Boluspor"la danışıqlar aparır. Türkiyə mətbuatının yazdığına görə, Vaqifin bu klubla danışıqları yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Cavadov bu mövsümün ilk dövrəsini "Qaziantep BB" klubunda keçirib və 21 oyuna 3 qol vurub. Maraqlıdır ki, Vaqif həmin qollardan birini məhz "Boluspor"un qapısından keçirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43