Kateqoriyasız

Vaqif Cavadov Türkiyədə növbəti qolunu vurdu, komandası qələbə qazandı – VİDEO

Türkiyə birinci liqasında 8-ci turun oyunlarına yekun vurulub.

İdmanxeber.com-un  məlumatına görə, millimizin futbolçuları Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin şərəfini qoruduğu “Qaziantep BB” səfərdə “Orduspor”la qarşılaşıb.
Cavadovun qol vuraraq fərqləndiyi matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Cavadov və Ufuk “Orduspor”a qarşı oyunda əsas heyətdə meydana çıxıb. Hacıyevin adı isə 18 nəfərlik heyətə daxil edilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43