Rafael Varan Fransa millisindəki karyerasını bitirmək qərarına gəlib.
İdmanxeber.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Bildirilir ki, 29 yaşlı futbolçu fiziki və psixoloji yoğrunluq hiss etdiyi üçün bu addımı atacaq. Bununla yanaşı, 29 yaşlı futbolçu ailəsinə daha çox vaxt ayırmaq istəyir.
Oyunçunun millidən getmək istəməsinin əsas səbəbəblərindən biri də dizindəki zədəsidir. “Mançester Yunayted”in müdafiəçisi sıx oyun qrafikinin zədəsinin sağalmasına mane olduğunu düşünür.
2013-cü ildə Fransa millisinə dəvət alan Rafael Varan yığmada 93 oyun keçirib.