Kateqoriyasız

“Vaxt bizi sıxır, ancaq…” – Tərlan Əhmədov

Tərlan Əhmədov Qərb derbisində “Turan Tovuz” ilə oyunda “Kəpəz”də debüt oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis klubun mətubat xidmətinə açıqlamasında qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb:

“Bir neçə gün ərzində komandada əhval-ruhiyyəni qaldırmağa, qələbə ruhu formalaşdırmağa çalışmışıq. Futbolçuların əhvalı yaxşdır. Kollektivi düşdüyü bu durumdan çıxarmalıyıq. Nəticələr qazanmalıyıq. Zamana ehtiyacımız var. Amma vaxt bizi sıxır. Qərb derbisinin prinsipiallığı məlumdur. Azərbaycan çempionatında 2-3 derbidən biridir. Komandaların elitaya qayıtması ilə bu derbi çempionata rəng qatacaq. Məqsədimiz qarşıdakı görüşdə yaxşı nəticə qazanmaqdır. Bunun üçün hazırlaşmışıq. İşimizi səfərbər etmişik. Çətinliklərə baxmayaraq Gəncə futbolunun əvvəlki əzəmətini qaytarmağa səy göstəririk. Azarkeşlərə sevinc bəxş etmək üçün çalışırıq. Onlar bizə dəstək verirlər, oyunlardan zövq almaq istəyirlər. Zamanla komandamız fanatları nəticələri ilə sevindirəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43