Almaniyalı hücumçu Timo Verner MLS təmsilçisi “San-Xose Ertkueyks”ə keçməyə yaxındır.
İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər razılığa gəlib, yaxın günlərdə rəsmi sənədlər imzalanacaq. Müqavilə detalları açıqlanmayıb.
29 yaşlı futbolçu bu mövsüm “Leyptsiq”də cəmi 3 oyun keçirib. 2020-ci ildə bazar dəyəri 80 milyon avro olan Vernerin hazırkı qiyməti 3 milyon avrodur.

