İdman

“Vətən” Türkiyədə vətənimizi təmsil edəcək – VİDEO

Azərbaycanda uzun illərdir hamının danışdığı, amma həlli üçün real iş görülməyən ciddi problem var – uşaq futbolu. Təəssüflər olsun ki, millimizin, klublarımızın az qala hər uğursuzluğundan sonra uşaq futbolu yada düşür. Hər kəs uşaq futboluna diqqətin artırılmasından danışır, indikilərdən imtina edib, yenidən düzgün bünövrəli futbolçu yetişdirməyimizdən bəhs edir. Bəs, görəsən doğurdanmı heç bir ümid yeri yoxdur? Sportfm.az saytı olaraq, “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbini ziyarət etdikdən və Samir Əbdürrəhmanovun məşqlərini izlədikdən sonra “işıq yeri”nin olduğunu gördük. Məlum oldu ki, “Vətən”in uşaqları aprelin 1-də Türkiyəyə beynəlxalq turnirə yollanacaq. Qalanını Təhsil Nazirliyi tərəfindən idmançıların hazırlanmasında və yeniyetmələrin futbola cəlb olunmasında göstərdiyi səmərəli fəaliyyətə görə fəxri ada layiq görülən gənc mütəxəssisin özündən eşidək. 

 

Qeyd edək ki, “Vətən” RİOEUG futbol məktəbinin məşqçi-müəllimi, U-11 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov bu yaxınlarda Rusiyanın “Lokomotiv” klubunda təcrübə keçib. Gənc mütəxəssisin yetirmələri 6-10 aprel 2017-ci il tarixlərində Türkiyənin İzmir şəhərində start götürən beynəlxalq turnirdə 10 yaşadək komandalar arasında qalib adını qazanaraq, Avstriyanın paytaxtı Vyanada keçirilən “Champions Trophy” turnirinin final mərhələsinə vəsiqə əldə edib. Həmçinin, onun rəhbərliyi altında “Vətən”in 11 yaşlılardan ibarət komandası Türkiyədə iştirak etdiyi son beynəlxalq “Limra Cup” turnirində üçüncü olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43