Dünya futbolu

“Vorskla” – “Qarabağ” matçına isveçrəli hakim

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Vorskla” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Qarşılaşmanı isveçrəli  hakimi Sandro Şörer idarə edəcək. Ona yan xəttlərdə Bekim Zoqay və Ştefan De Almeyda köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək.

“Vorskla” “Qarabağ”ı noyabrın 8-də Poltavadakı Aleksey Butovski adına stadionda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43