Kateqoriyasız

Vüsal komandasına 3 xal qazandırdı – Video

Türkiyə I Liqasında X turun oyunları davam edir.

Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörengücü” evdə “İstanbulspor”la qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

Vüsal 61-ci dəqiqədə – hesab 1:1 olarkən meydana daxil olub. Məhz onun 90+7-ci dəqiqədə vurduğu qolla komandası 3:2 hesabı ilə qalib gəlib.

“Keçiörengücü” turnir cədvəlində 7 xalla 18-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43