Birinci divizion təmsilçisi “Xəzər”in qış hazırlıq planı bəlli olub.
İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, komnda 2017/2018-ci illər mövsümünün ikinci yarısının hazırlığına yanvarın 4-də start verəcək. Hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər.
Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində keçiriləcək. Hazırlıq çərçivəsində 5 yoldaşlıq görüşü də planlaşdırılıb. Rəqiblər barədə əlavə məlumat veriləcək.