Kateqoriyasız

“Xəzər Lənkəran” Bakıya nə vaxt gəlir?

Premyer Liqanın XXXV turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komanda may ayının 19-da saat 17:30-da ehtiyat meydançada məşqə çıxıb. Bir saatdan çox davam edən hazırlıq prossesi toplu çalışmlardan ibarət olub. Komanda növbəti məşqinə mayın 20-də saat 11:00-da çıxacaq və bununla da Lənkəran hazıqlığını yekunlaşdıraraq günün ikinci yarısında paytaxta yola düşəcək.

Qeyd edək ki, “Sumqayıt”la oyun mayın 22-də bu Sumqayıt şəhərinin “Kapital Bank Arena” stadionunda keçiriləcək.(12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43