Kateqoriyasız

“Xəzər Lənkəran” ona sadiqlik göstərən futbolçusuna belə dəyər verdi

“Əziz azarkeşlərimiz! Böyük Kapitanımız olan Rahid Amirkulievin bildiyiniz kimi “Xəzər Lənkəran” forması ilə son oyunlarıdır. Günlər öncə bir təklif ilə sizlərə müraciət etmişdim. Sizlər də bu təklifin çox gözəl addım olduğunu bildirdiniz, dəstəklədiniz. Hər birinizə təşəkkürümü bildirirəm!”

İdmanxeber.com-un məlumatına görə, bu sözləri cənub təmsilçisinin fəal azarkeşi, klubun azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elman (Eliko) Tağızadə özünün feysbuk səhifəsində yazıb.

Tağızadə qeyd edib ki, azarkeşlərin istəyi klub rəhbərliyi tərəfindən müsbət qarşılanıb: “Yaxın zamanlarda “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər mərkəzi stadionunda yerləşən klubumuzun muzeyində, bundan sonra Əfsanəvi kapitanımız, hər birimizin sevimlisi, Böyük Kapitanımız və ən əsası yaşayan əfsanəmiz olan Rahid Amirguliyevin forması da yer alacaq. Bundan əlavə, Böyük Kapitan`ımızın “Xəzər Lənkəran”da geydiyi “14” nömrəli forma əbədiləşdiriləcək və bundan sonra o nömrə ilə heç bir futbolçu “Xəzər Lənkəran”da meydana çıxmayacaq. İnşallah, Rahid Əmirquliyev özü bir gün geri dönər və o formanı, o “14” nömrəni özü geyinib yenidən “Fırtınalar Meydanı”nda “Xəzər Lənkəran”ı kapitan kimi meydana çıxarar!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43