Ölkə futbolu

“Xəzər Lənkəran”da ciddi itki: məşqi yarımçıq dayandırdı

Premyer Liqanın 19-cu turu çərçivəsində 2 gün sonra səfərdə "Qarabağ"la qarşılaşacaq olan "Xəzər Lənkəran" klubu ciddi itki iə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, bu gün İdman Akademiyasının stadionunda məşqə çıxan komanda Zouahir Benuahidən məhrum olub. Belə ki, hazırlığın gedişatında zədələnən mərakeşli futbolçu məşqi yarımçıq dayandıraraq, komandanın avtobusuna doğru hərəkət edib. 

Futbolçunun son durumu barədə sizi məlumatlandıracağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43