Ölkə futbolu

“Xəzər Lənkəran”da islahatlar başladı: biri qalır, ikisi “?” altında

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Oğuz Çətin yerli bazara daha çox diqqət edir.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun türkiyəli çalışdırıcısı ilk növbədə yerli transferlərə diqqət yetirir.

Lakin əldə etdiyimiz məlumata görə, "ağ-yaşıllar" ola bilsin ki, müqaviləsi bitməkdə olan Nikola Qliqorovla yeni sözləşmə imzalasın. Benuahi və Nildo kimi futbolçuların klubdakı aqibəti isə sual altındadı. AZAL-dan böyük ümidlərlə transfer olunan bu futbolçuların komandadan göndərilmə ehtimalı yüksəkdi.

Yaxın 2-3 gün ərzində komandadan göndəriləcək futbolçuların adı açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43